"Roma" Portuqaliyaya nəhəng təklif göndərdi
Bizi izləyin

İdman

"Roma" Portuqaliyaya nəhəng təklif göndərdi

İtaliya nəhəngi “Roma” müqavilə ilə Portuqaliyanın “Benfika” klubuna aid olan Anderson Taliska üçün xəzinəsinin ağzını açıb.

Publika.az xəbər verir ki, “Beşiktaş”ın heyətində Çempionlar Liqasındakı performansı ilə ulduzlaşan 24 yaşlı futbolçu üçün “Benfika”ya 32 milyon avro təklif edib.

Əsl sürpriz xəbər isə Çindən gəlib. Çinin “Çanqçun Yatay FC” və “Quançou Everqrand” klublarının “Roma”dan daha çox məbləğ təklif etdikləri bildirilib. Məbləğin miqdarı isə açıqlanmayıb.

Transferin qərarı futbolçunun öhdəsinə buraxılıb. “Transfermarkt” braziliyalı oyunçuya 19 milyon avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm