İdman
Nazirlik əməkdaşları "Mübarizlər" yarışında - - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları “Events Management” MMC-nin və “Gilan Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən “Mübarizlər” adlı ekstremal idman-marafon yarışında iştirak edib. Yarış Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilib.
Publika.az xəbər verir ki, yarışın açılış mərasimində müxtəlif dövət qurumlarının rəsmiləri, müxtəlif idman təşkilatlarının nümayəndələri iştirak edib.
İdman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatıdır. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Yarış məsafəsinin uzunluğu 7 km və 42 maneədən ibarətdir.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ