Almanlar millinin ən yaxşısını seçdi
Bizi izləyin

İdman

Almanlar millinin ən yaxşısını seçdi

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Röys 2018-ci ildə Almaniyanın ən yaxşı futbolçusu sayılıb.

Publika.az xəbər verir ki, bu, Almaniya Futbol İttifaqının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğu nəticəsində məlum olub.

29 yaşlı oyunçu 89928 (33,9 faiz) səs toplayıb. O, "Bavariya"nın müdafiəçisi Coşua Kimmix (31 faiz) və İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Leroy Saneni (10,3 faiz) üstələyib.

Röys 2018-ci ildə Bundestimin 13 oyunundan 8-də iştirak edib. Təcrübəli futbolçu 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, ötən il Almaniya millisi Rusiyadakı mundialda favorit sayılsa da, qrup mərhələsini adlaya bilməyərək son dünya çempionu titulunu qoruya bilməyib. Daha sonra bu komanda UEFA Millətlər Liqasında A Liqasını son pillədə bitirərək aşağı liqaya enib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm