"Qəbələ"də KRİTİK DƏYİŞİKLİK: Zaur Həşimov...
Bizi izləyin

İdman

"Qəbələ"də KRİTİK DƏYİŞİKLİK: Zaur Həşimov...

“Qəbələ” məşqçilər korpusunda dəyişikliklərə gedib.

Publika.az xəbər verir ki, serbiyalı məşqçi Miloş Yevtiçlə yollarını ayırıb.

Qış fasiləsinin hazırlıq mövsümünü Bakıda keçirən “Qəbələ” serbiyalı mütəxəssisin yerinə Zaur Həşimovla 1,5 illik müqavilə bağlayıb. O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

35 yaqşlı Z.Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. Komandanın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm