İdman
Fornalik "Qarabağ"la oyundan danışdı: "Ürəyim əsirdi"
"Reklama ehtiyacı olmayan çox güclü bir komanda ilə qarşılaşdıq”.
Publika.az xəbər verir ki, bu sözləri Polşanın “Piast” klubunun baş məşqçisi Valdemar Fornalik ötən gün Antalyada Ağdam klubu ilə yoldaşlıq oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis fikirlərini belə davam etdirib: “Buna baxmayaraq, bir çox epizodlarda bərabər oyun nümayiş etdirə bildik. Birinci hissədə bir-iki epizodumuz oldu. İkinci hissə də ilk yarıya oxşar keçdi. Bəlkə imkanlarımız yüz faizlik deyildi, ancaq rəqib qapısı qarşısında təhlükəli idik. Güc və fiziki baxımdan, doğrudan da, çox yaxşı idik. Ən önəmlisi isə bütün futbolçuların oyunu zədəsiz bitirməsidir. Belə şəraitdə oyunçular zədələrə məruz qalırlar. Hər bir sərt oyun zamanı ürəyim əsirdi. Ancaq biz kobud oynamayan rəqiblə qarşılaşdıq. Hərdən elə rəqiblər olur ki, hesabdan ötrü oynayırlar".
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO