İdman
Avropa Liqasında ilk 1/8 finalçı məlum oldu
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, yarışın 5 qat qalibi olan İspaniya "Sevilya"sıdır. Əndəlüslülər 1/16 final mərhələsində İtaliya "Latsio"sunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə Romadan 1:0 hesablı qələbə ilə ayrılan "Sevilya" bugünkü cavab görüşündə 2 cavabsız qola sevinib. Hesabı 20-ci dəqiqədə Vissam ben Yedder açıb. Pablo Sarabia isə 78-ci dəqiqədə bərabərlik qolunu vurub.
Komandalar görüşü hərəyə 10 futbolçu ilə başa vurublar. 61-ci dəqiqədə Franko Vaskes "Sevilya"nı, bundan 10 dəqiqə sonra isə Adam Maruşiç "Latsio"nu azlıqda qoyub.
Qeyd edək ki, 1/16 final mərhələsinin qalan 15 cavab görüşü fevralın 21-də keçiriləcək.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO