Məşhur ispan futbolçunun diri-diri yanaraq öldüyü avtomobilin FOTOLARI
Bizi izləyin

İdman

Məşhur ispan futbolçunun diri-diri yanaraq öldüyü avtomobilin FOTOLARI

İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyesin avtomobil qəzasında ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, hadisə dünən səhər saatlarında ölkənin cənubunda avtomobil magistralında qeydə alınıb. Xose Antonionun sürdüyü avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı çuxura yuvarlanıb. Qəza zamanı avtomobilin çırpılması nəticəsində yanğın başlayıb və sükan arxasında olan futbolçu maşından çıxaraq xilas ola bilməyib. o, hadisə vaxtı yanaraq ölüb.

35 yaşlı yarımmüdafiəçinin yanaraq öldüyü avtomobilin fotolarını təqdim edirik.

Qeyd edək ki, Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya", iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm