İdman
Transferə ən çox pul xərcləyənlər - 5 ilə 1 milyard avro
Avropada son 5 ildə transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb.
Qol.az-ın "Voetbal İnternational" saytına istinadən yaydığı xəbərə görə, "Barselona" bu göstəricidə bütün komandaları qabaqlayıb. Kataloniya təmsilçisi 2014-ci ilin yayından bu yana yeni oyunçulara 1 milyard avrodan çox pul xərcləyib. Bu müddət ərzində ispanların oyunçu satışından qazancı isə 627 milyon avro olub.
Transferlərə ən çox pul xərcləyən ikinci klub 996 milyon avro ilə "Mançester Siti"dir. İlk üçlüyü 890 milyon avro ilə digər ingilis təmsilçisi "Mançester Yunayted" tamamlayır.
İlk onluq isə bu cürdür:
1. "Barselona" - 1.08 milyard avro
2. "Mançester Siti" - 996 milyon avro
3. "Mançester Yunayted" - 890 milyon avro
4. "Çelsi" - 875 milyon avro
5. "Yuventus" - 868 milyon avro
6. "Atletiko" - 800 milyon avro
7. PSJ - 773 milyon avro
8. "Real" - 755 milyon avro
9. "Liverpul" - 714 milyon avro
10. "Roma" - 586 milyon avro
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ