Şarl Lekler İtaliya Qran-Prisinin qalibi oldu
Bizi izləyin

İdman

Şarl Lekler İtaliya Qran-Prisinin qalibi oldu

Sentyabrın 8-də “Ferrari”nin monakolu pilotu Şarl Lekler Formula 1 üzrə İtaliya Qran-Prisinin qalibi olub.

Publika.az xəbər verir ki, uzunluğu 5793 metr olan Montsa avtodromunda təşkil olunan mövsümün 14-cü yarışında pilotlar 53 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan Ş.Lekler İtaliya Qran-Prisində birinci olub və karyerasında ardıcıl ikinci qələbəsini qazanıb. “Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas yarışı ikinci, britaniyalı Luis Hamilton isə üçüncü pillədə başa vurublar.

Pilotların cədvəlinə 284 xalla L.Hamilton başçılıq edir. V.Bottas 221xalla ikinci, Maks Ferstappen (“Red Bull Racing”) isə 185 xalla üçüncüdür.

Konstruktorlar kubokunda “Mercedes” 505 xalla birinci yerdədir. Hesabında 351 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 266 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış iki həftə sonra Sinqapurda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm