İdman
Azərbaycan velosipedçisi Türkiyədə ikinci oldu
Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Fateh Sultan Mehmet Edirne” turu keçirilib.
Publika.az xəbər verir ki, 124 kilometrlik yarış Azərbaycan yığma komandası üçün uğurla başa çatıb.
Qardaş ölkədə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə çıxış edən yığma üzvlərimizdən ikisi finişi 15 nəfərlik lider qrupun tərkibində keçib – 2 saat 57 dəqiqə 25 saniyə. Fotofinişə əsasən Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olub.
Oktyabrın 13-də yığma komandamız Türkiyədə növbəti birgünlük yarışda – 1.2 kateqoriyalı “Fateh Sultan Mehmet Kirklareli” turunda mübarizə aparacaq və daha sonra 2.1 kateqoriyalı Peninsula Turunda iştirak etmək üçün Malayziyaya yola düşəcək.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ