İdman
Elnurun 13 saniyəyə məğlub etdiyi cüdoçu həbs olundu
Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Cənubi koreyalı cüdoçu Van Ki Çun həbs olunub.
32 yaşlı idmançı yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılıqda ittiham olunur.
Artıq Tequ şəhərinin Polis İdarəsi də hadisəni təsdiqləyib. Bildirilib ki, istintaq mart ayında asiyalı cüdoçu ilə bağlı şikayətdən sonra başlayıb. İşin gələn həftə prokurorluğa göndəriləcəyi gözlənilir.
Van Ki Çun Pekin Olimpiadasında finalda azərbaycanlı cüdoçu Elnur Məmmədliyə uduzaraq ikinci olub. Rəqibini 13 saniyəyə ipponla məğlub edən Məmmədli həmin vaxt Olimpiadanın qızıl medalını qazanmışdı.
Onlar daha əvvəl 2007-ci ildə Braziliyada keçirilən dünya çempionatının finalında üz-üzə gəlmişdilər. Həmin dueldən isə koreyalı idmançı qalib ayrılmışdı. Onun hesabında olimpiya 2-ciliyi ilə yanaşı, dünya çempionatının 2 qızıl (2007, 2009) və bir bürünc medalı (2010) da var.
Qeyd edək ki, Van Kin Çun daha əvvəl 2009-cu ildə gecə klubunda baş vermiş qalmaqala görə həbs olunub. Sadəcə, həmin vaxt idmançıya qarşı heç bir ittiham irəli sürülmədiyindən insident qısa zamanda həllini tapıb.(Report)
-
Magazin101:11
Fatimənin adından istifadə edib Rüfəti aldatdılar - VİDEO
-
Hadisə00:45
Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO
-
Nəqliyyat00:15
Saray körpüsü nə vaxt istifadəyə veriləcək? - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Şanslı anlar yaşaya bilərsiniz
-
Sosial4 Yanvar 23:48
Rəsmiyyə Əliyeva: "Hökumənin əlindən tutub təyyarəyə aparmışam" - VİDEO
-
Magazin24 Yanvar 23:12
Məşhur serial ulduzunun əri İNTİHAR ETDİ - FOTO
-
Magazin14 Yanvar 22:12
Zeynəb Xanlarova 43 il əvvəlki görünüşü ilə heyrətləndirdi - FOTO
-
Magazin14 Yanvar 21:48
"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"