Əvvəlcə özü yox, forması satıldı
Bizi izləyin

İdman

Əvvəlcə özü yox, forması satıldı

Əvvəlcə özü yox, forması satıldı

“Monako” ilə “Real” arasında Xames Rodrigesin transferi ilə bağlı danışıqlar hələ davam edir.

Publika.az xəbər verir ki, danışıqlar yekunlaşmasa da, artıq futbolçunun forması Madrid mağazalarında satışa çıxarılıb.

Düzdür, hələ ki, “Real”a məxsus mağazalarda bu formalar gözə dəymir, ancaq şəhərin idman malları satılan digər alış-veriş mərkəzlərində Rodrigesin 10 nömrəli formasını tapmaq mümkündür.

Qeyd edək ki, ötən il Qaret Beylin də formaları onun Madridə gəlişindən əvvəl satılırdı. Elə Suaresin də formları Barselonada futbolçu ilə müqavilə bağlanmazdan öncə satışa çıxarılmışdı. Bu isə o deməkdir ki, tezliklə Rodriges Madridə gələcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm