İdman
Futbol üzrə İtaliya A Seriyası bitdi
İtaliyada futbol üzrə 2019-2020-ci il mövsümü rəsmi olaraq başa çatdı. Geridə qalan çempionat İtaliya futbol ictimaiyyəti və futbol həvəskarları üçün asan olmadı. Bütün dünyadakı sahələrə istər maddi, istərsə də mənəvi olaraq zərbə vuran, o cümlədən idmana böyük zərər gətirən koronavirus pandemiyası ilə əlaqədardır. Uzun müddət İtaliyada mövsümün erkən başa çatacağı deyilsə də, milli çempionat İtaliya Futbol Federasiyası (FİGC) qərarına əsasən davam etdi.
Publika.az xəbər verir ki, "Yuventus" ardıcıl 9-cu, ümumilikdə isə 38-ci dəfə “Skudetto”nu başı üzərində qaldırdı.
"Qoca sinyora" intriqanı mümkün qədər son turlara qədər saxlamaq üçün sanki rəqibləri üçün əlindən gələni etdi.
“Bianconeri”lər son 10 turda “Milan”a (4:2), “Udineze”ə (2:1), “Kalyari” (2:0) və “Roma”ya (3:1) məğlub olmuşdular. “Sassuolo” (3:3) və “Atalanta” (2:2) ilə heç-heçə ediblər. Bu ardıcıl xal itkilərindən “Yuventus”un turnir cədvəlində ən yaxın izləyiciləri nə “Latsio”, nə “İnter”, nə də ki, “Atalanta” yararlana bildi.
“Yuventus” ölkədaxili futbolda yenidən tarix yazmağı bacardı, lakin geridə qalmış mövsümdə bir necə “sürpriz” komandalar və oyunçular o, cümlədən rekordlar müəyyən edən bir mövsümün şahidi olduq.
Seriya A mövsümünün sona çatan nəticələrini ümumiləşdirək və ən maraqlı məqamları qeyd edək.
Mövsümün ən sərrast “bombardir”i
2018-2019-ci mövsümündə 35 yaşlı Fabio Kvalyarella İtaliya çempionatının ən yaxşı forvardı olmuşdu. Bu dəfə yuxarıdakı yeri “Latsio” klubunun futbolçusu Ciro İmmobile tutdu. Üstəlik, paytaxt təmsilçisinin forvardı “Top-5” liqalarda “Qızıl buts" naminasiyasında ən yaxşı nəticə əldə edib. İtaliyalı mükəmməl oyunu ilə yadda qalıb. Bu nəticə İtaliya üçün artıq üçüncü idi. Həmyerlilərindən yalnız bu mükafatı Françesco Totti (2007) və Luca Toni (2006) alıblar. Beləliklə, Ciro adını İtaliya futbol tarixinə yazdığını söyləyə bilərik.
C.İmmobile, həmçinin “Yuventus”un futbolçusu Qonzalo Hiquainin rekordunu da vurmağa nail olub. O, mövsüm ərzində 36 qol vuraraq argentinalının nailiyyətini geridə qoyub. Bu naminasiya üzrə italiyalı "Yuventus" un portuqaliyalı hücumçusu Kristiano Ronaldonu 5, "Bavariya" nın polşalı forvardı Robert Levandovskini isə 2 qol qabaqlamaqa nail olub.
“Latsio” mövsümün ikinci yarısında problemlər yaşayırdı, İmmobile ardıcıl bir neçə matçda qol vura bilmirdi. Ancaq bütün bunlara baxmayaraq, italyan mövsümü uğurlu başa vurdu.
Paytaxt təmsilçisinin yenidən UEFA Çempionlar Liqasına qaytarmaq üçün onun böyük əməyi var.
Mövsümün ən çox ötürmə edən futbolçusu
Bu nominasiya üzrə mövsüm ərzində 16 məhsuldar ötürmə ilə iki futbolçu - Luis Alberto (“Latsio”) və Alexandro Qomes (“Atalanta”) yer alıblar.
“Latsio”nun UEFA Çempionlar Liqasına çıxmağında növbəti əməyi olan futbolçu Luis Albertodı. İspaniyalı, klubun 34 oyununda iştirak edib. Luisin məhz mövsüm ərzində C.İmmobilinin 8 qolunda iştirak edib. Luis, eyni zamanda İmmobilinin oyunu alınmayanda, komandası üçün vacib qələbələr qazanmaqla, uğurlu mövsümündə onun da payı olduğunu qeyd edək. İspaniyalı geridə qalan mövsümdə 6 qol vurmağı bacarıb.
İkinci ən çox məhsuldar ötürmə verən futbolçu “Atalanta”nın argentinalı futbolçusu Alexandro Qomesdi. O, Luis Albertodan fərqli olaraq bir qol artıq vurub.
Alexandro Qomesin, Luis Alberto kimi komandasının uğurlu mövsüm keçirməsində böyük əməyi var.
“Atalanta” mövsümü üçüncü yerdə başa vuraraq tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
Mövsümün ən uğurlu transferi
Bu nominasiyanı yay transfer pəncərəsində İngiltərənin “Mançester Yunayted” klubundan “İnter” komandasına transfer olunan Romelu Lukaku oldu.
O, belçikalı debüt mövsümündə komandasına və baş məqşçisi Antonio Konteyə rahat şəkildə adaptasiya olaraq ilk rəsmi oyunlarda qol vurmağa başlayıb.
Lukaku nə az, nə çox ilk mövsümündə rəqib qapısına 23 dəfə yol tapıb. Eyni zamanda futbolçu 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da nəzərə alaq ki, futbolçu il gündə italyan dilini bilməməsi onun üçün problemlər yaradırdı.
Qeyd edək ki, 2019-cü ilin avqustunda Lukaku 75 milyon avro müqabilində Milan təmsilçisinə keçib.
“Mənim keçidim üçün klub rəhbərliyi böyük pullar verib. Bunun əvəzində məndən nəticə tələb elədilər. Düşünürəm ki, mövsümü yaxşı notlarla başa vurdum. Yəqin ki, mənim və komanda yoldaşlarımdan razıdırlar”, - deyə Lukaku “Sky Sports” nəşrinə bildirib.
Mövsümün ən uğursuz transferi
Hər zaman qalmaqallar ilə diqqətdə olan Mario Balotelli bu mövsümdə də müəyyən xəbərlərlə yadda qalıb.
2019-cu ilin yay transferində Seriya B-dən səkkiz illik fasilədən sonra elitaya qalxan “Breşiya” klubu Mario Balotellini transfer edib.
M.Balotellinin transferi komanda üçün böyük təkan və stimul kimi görünürdü. Lakin zaman keçdikcə forvardın komandada nüfuzu pisləşməyə başlayıb. Mario, məşqlərdə lazımı peşəkarlığın olmaması, komanda yoldaşları ilə aralarında problemi olması, o cümlədən ölkənin gecə klublarında çox vaxt keçirməsi ucbatından klub rəhbərliyi ilə aralarında böyük toqquşmalar başladı.
Mövsümün ikinci yarısında Balotellinin rəhbərlik ilə münasibəti daha da kəskinləşdi və futbolçu oyunların iştirak ərizəsinə salınmadı. Nəticədə “Breşiya” Seriya B-ya düşdü, Mario isə yenidən klubsuz qaldı.
Mövsümün bir necə rekordu
Bu mövsüm bir necə tarixi rekordlar həm yeniləndi, həm də, qeydə alındı. Onlardan misal olaraq “Milan” klubunun 12 oynluq məğlub olmaması, Canluici Buffonın İtaliya A Seriyasının 649-cu oyununa çıxması, Maurisio Sarrinin “Skudettoya” yiyələnən ən yaşlı məşqçi kimi, o cümlədən Zlatan İbrahimoviçin iki italyan klublarının heyətində (“İnter”, “Milan”) 50 qol vuran ilk futbolçu kimi və s.
Ancaq bəlkə də ən əhəmiyyətli rekordu Kristiano Ronaldo təyin etdi. Portuqaliyalı tarixdə İtaliya, İspaniya və İngiltərə çempionatlarında 50 qol vuran ilk futbolçu kimi tarixə düşdü. Futbolçuya 50 qol vurmaq iki mövsüm lazım olub.
Bundan əlavə, Ronaldo “Milan”ın sabiq futbolçusu Andrey Şevçenkonun rekordunu qırmağa nail olub. İtaliya çempionatında ən tez 50 qol vuran Ronaldoya bunun üçün 61 oyun kifayət edib. Ukraynalı ulduz futbolçu isə bu nailiyyəti 68 matçda bacarmışdı.
Mövsümün sıçrayışı
“Atalanta” mövsüm ərzində ən çox kompliment alan komandadır. Cari mövsüm cəsarətli oyunu və yüksək performansı ilə hər kəsi özünə aşiq etdi. “Atalanta” Top-5 liqanın ən məhsuldar komandalarından birinə çevrildi. Can Piero Qasperininin futbolçuları ardıcıl 25 matçda qol vuraraq, bununla da Serie A-da öz rekordunu yenilədilər. Berqamo təmsilçiləri UEFA Çempionlar Liqasında da az qol vurmadılar və layiqincə qitənin ən nüfuzlu klub turnirinin dörddəbir finalına yüksəldilər.
“Atalanta” yaxşı bir mövsüm keçirdi. Komanda yalnız "İnter" və "Yuventus"a xal fərqi ilə uduzdu. Çempionatı üçüncü yerdə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazandı. "Atalanta" klubunun “Scudetto”nu qazanmaq üçün nəzəri şansı da var idi, lakin rəqiblər də üstün oyun sərgilədilər. Klub, vəzifəsini maksimum dərəcədə yerinə yetirərək, İtaliyanın ilk üç komandasına daxil oldu. Komandanın rəhbərliyi əgər lider oyunçuların başqa klublara transferin qarşısını ala bilsə, “Atalanta”nı gələcəkdə böyük nailiyyətlər gözləyir.
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO