"Neftçi" "Qəbələ"ni məğlub etdi
Bizi izləyin

İdman

"Neftçi" "Qəbələ"ni məğlub etdi

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə hazırlığı davam etdirən "Neftçi" və "Qəbələ" klubları yoxlama oyununda üz-üzə gəliblər.

Publika.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan görüş paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı "ağ-qaralar" açıblar. Qvineyalı yarımmüdafiəçi Mamadu Kane fərqlənib. Əyalət təmsilçisi bu qola fransalı hücumçusu Nikolas Raysellə cavab verib. Lakin oyunun sonlarında "Neftçi"nin yeni transferi Yusuf Laval komandasına qələbə qazandıran topun müəllifi olub.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 21-də start veriləcək. "Neftçi" ilk oyununu elə həmin gün evdə "Səbail"ə qarşı keçirəcək. "Qəbələ" isə avqustun 23-də "Zirə"ni qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm