Ronaldo "Yuventus"u özbaşına tərk etdi
Bizi izləyin

İdman

Ronaldo "Yuventus"u özbaşına tərk etdi

İtaliyanın “Yuventus” və futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın düşərgəsinə yollanmamışdan əvvəl Turin klubunun qoyduğu karantin qaydalarına qəbul etmək istəməyib və xəbərdarlıq etmədən İtaliyanı tərk edib.

Publika.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb.

Üç oktyabrda “Yuventus” klubunun texniki işçiləri arasında koronavirus infeksiyası halları aşkar edilib.

Bu hadisədən dərhal sonra rəhbərliyin göstərişinə əsasən, bütün heyət üzvləri klubun bazasının yaxınlığında yerləşən hoteldə təcridolunma rejiminə keçib.

Lakin K. Ronaldo rəhbərliyin bu şərtini qəbul etməyib və özbaşına klubu tərk edib.

İtaliya Futbol Federasiyasının tələblərinə görə, koronavirusa yoluxanlarla təmasda olanlar, yalnız üç mənfi testin nəticəsindən sonra özünütəcriddən çıxa bilər.

K. Ronaldo isə yalnız iki müvafiq testdən keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm