Rəcəbov üçüncülük uğrundakı ilk matçda QALİB GƏLDİ
Bizi izləyin

İdman

Rəcəbov üçüncülük uğrundakı ilk matçda QALİB GƏLDİ

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində final və üçüncülük uğrunda qarşılaşmalara start verilib.

Publika.az xəbər veirr ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da üçüncülük uğrunda ilk qarşılaşmasına çıxıb.

Təmsilçimiz fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib və qələbə qazanıb.

İlk partiyada qara fiqurlarla heç-heçə edən qrossmeysterimiz ikinci partiyada ağlarla qalib gəlib.

Növbəti oyunda rəqib “ağlar”la oynamağın üstünlüyündən yararlanıb.

Buna baxmayaraq sonuncu, həlledici görüşdə qələbə qazanan Rəcəbov yekunda 2.5:1.5 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda təmsilçimizə qalib gələn ABŞ şahmatçısı Uesli So və norveçli dünya çempionu Maqnus Karlsen isə finalın ilk matçında heç-heçə edib – 2:2. Hər iki cütdə ikinci matç sabah baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm