"Qalatasaray"da prezident seçkiləri ləğv edildi
Bizi izləyin

İdman

"Qalatasaray"da prezident seçkiləri ləğv edildi

Türkiyənin "Qalatasaray" futbol klubunda növbədənkənar prezident seçkiləri ləğv olunub.

Publika.az xəbər verir ki, bu barədə klubub rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, mayın 22-nə nəzərdə tutulan seçkinin ləğv edilməsinə səbəb koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimidir.

Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

Ötən ilin dekabrında keçirilməli olan prezident seçkiləri eyni səbəbdən təxirə salınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm