AVRO-2020-nin rəsmi mahnısı bəlli oldu - VİDEO
Bizi izləyin

İdman

AVRO-2020-nin rəsmi mahnısı bəlli oldu - VİDEO

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı bəlli olub.

Mahnını hiderlandlı Martin Qarriks, həmçinin İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edir.

Mahnı "We Are The People" (Biz insanlar) adlanır.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm