İdman
Honda "Neftçi"dən getdi
"Neftçi" iki futbolçusu ilə yollarını ayırıb.
Publika.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abbasov klubun televiziyasına açıqlamasında məlumat verib.
43 yaşlı mütəxəssis Keysuke Hondanın və Əhməd Əhmədovun yeni mövsümdən komandada olmayacağını söyləyib:
"Honda özü qalmaq istəmədi. Məncə, artıq futbolu bitirir. Hətta ona Çempionlar Liqasında oynayacağımızı dedik. Mən çox istəyirdim ki, komandamızda qalsın. Onun şəxsi qərarıdır və hörmətlə yanaşmalıyıq. Ahmed Ahmedovin isə icarə müddəti bitib və öz klubuna qayıdıb. Son oyunda vurduğu qolu qoyaq qırağa, ona bizimlə olduğuna görə təşəkkür edirəm.
Abasov yeni hücumçu axtaracalarını bildirib: "Bu, əcnəbi olacaq. Bir və ya iki forvardla müqavilə imzalayacağıq. Amma onu deyə bilərəm ki, Keysuke Honda və Əhmed Əhmədov bizim komandada olmayacaq".
Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı