“Neftçi” problemi həll etdi
Bizi izləyin

İdman

“Neftçi” problemi həll etdi

Dünən mətbuatda yayılan məlumatlara görə, Kanalesin transfer vərəqi gəlmədiyindən "Neftçi" onu Avropa Liqası üçün sifariş edə bilmirdi. Transfer vərəqi gəlməsə, "Neftçi" futbolçudan imtina edəcəkdi.

Hətta klubun mətbuat xidmətindən Kanalesin transfer vərəqinin gəlməcəyi təqdirdə müqavilənin ləğv olunacağı deyilmişdi.

Publika.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" artıq Nikolas Kanalesin problemini həll edib.

Çili Futbol Federasiyası Kanalesin beynəlxalq transfer vərəqini “Neftçi”yə göndərib. Kanalesin "Partizan"la oyunda meydana çıxması üçün heç bir problem yoxdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm