Millinin baş məşqçisi istefa verməlidir - TƏLƏB
Bizi izləyin

İdman

Millinin baş məşqçisi istefa verməlidir - TƏLƏB

Almaniyalı məşqçi Ditmar Hamann millinin çalışdırıcısı Hans-Diter Flikin istefasını tələb edir.

Publika.az xəbər verir ki, Hamanm “Sky Germany”ə açıqlamasında Bundestim rəhbərliyinin baş məşqçini postundan qovmalı olduğunu deyib:

“Flik Almaniya millisinin baş məşqçisi kimi qalmamalıdır. Komandanın dünya çempionatında çıxışı acınacaqlı idi. Evdəki AÇ-2024-ə isə cəmi 18 ay qalıb”.

Almaniya yığması dünya çempionatının qrup mərhələsində 3-cü yeri tutaraq sürpriz şəkildə mundialı tərk edib.

Qeyd edək ki, Flik 2021-ci ilin yayından – Yoahim Lövün gedişindən sonra Almaniya millisinə rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm