İdman
Dünya çempionumuz: “Evdəki səs-küydən hiss etdim ki...” - VİDEO
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatında Hacı Əliyev Azərbaycanın himnini səsləndirdi.
O, finalda İran güləşçisi Məsud Mahmudu məğlub edərək çempion oldu. Hacı Əliyev çempionluq təəssüratlarını Publika.az-la bölüşdü:
- Hacı bəy, çempionluq təəssüratlarınız necədir?
- Əlbəttə çox sevinirəm. Həm özümə görə, həm də xalqım, dövlətim və ailəm üçün qızıl medal qazana bilmişəm. Çox xoşbəxtəm bu qələbəyə görə. Hər bir idmançının arzusudur ki, dünya çempionu olsun. Şükürlər olsun, arzumu gerçəkləşdirə bildim, çəkdiyim əziyyətlər yerdə qalmadı.
- Hansı görüş daha çətin oldu?
- Dünya çempionatında zəif rəqib olmur, hamısı güclü idi. Ancaq mənə yarımfinalda Kuba güləşçisi daha çox problem yaratdı. O, məndən öncəki rəqibini 10:0 hesabı ilə məğlub etmişdi. Ən güclü idmançılardan biri idi. Onunla görüşüm çox çətin oldu. Buna baxmayaraq qalib gəldim(4:2). Elə final görüşü də asan olmadı.
- Amma finalda böyük xal fərqi ilə qalib gəldiniz...
- Belə xal fərqi ilə qalib gələcəyimi gözləmirdim. Düzdür, qələbəyə inanırdım, ancaq düşünürdüm ki, iranlı idmançını kisik fərqlə məğlub edəcəm. Bəlkə də bilirsiniz, o idmançı ötən il məni məğlub etmişdi. Bu dəfə məndə alındı, bəlkə də hazırlığım ondan daha üstün idi, deyə böyük xal hesabı ilə qalib gəldim.
- Bəs komanda yoldaşlarınızdan kimin çıxışı sizi təəccübləndirdi?
- Bilirsiniz ki, Xetaq Qazyumov ikinci yerə layiq görüldü. Amma kənardan baxanda görürdüm ki Xetaq uduzmamışdı. Bu, mənim şəxsi fikirimdir. Burada bir az hakimlərin səhv qərarları oldu, xəbərdarlıq verdilər. Gözləyirdim ki, Qazyumov çempion olacaq. O, qızıl medala layiq idi.
Cəbrayıl Həsənov dünya çempionatına 2-3 gün qalmış zədələndi. Cəbrayıla çox inanırdım. O, DÇ-yə getsəydi, medalsız qayıtmayacaqdı.
- Məşqçilərin reaksiyası necə oldu?
- Mənim şəxsi məşqçim Qırxlar Bədəlov da orda idi. Həm yığma komandann məşqçiləri - Semyon Çeterov (baş məşqçi), Firdovsi müəllim (böyük məşqçi), David Xurtsia ( məşqçi), həm də şəxsi məşqçim çox sevinirdilər. Onlar qələbədən sonra mənə dedilər ki, biz sənə həmişə inanmışdıq, sən dünya çempionu olmağa qadir idin. Bildirdilər ki, bu qələbəni Olimpiadada da təkrarlamaq lazımdır.
- Ailədə əhval-ruhiyyə necə idi qələbəndən sonra?
- Qələbəyə görə ailəmizdə sevincinin həddi-hüdudu yox idi. Qələbədən sonra atama zəng elədim. Həmin gün bütün qohum-əqrəba, tanışlar bizdə idi. Zəng etdiyim zaman bunu evdəki səs-küydən də hiss etdim. Bir sözlə, mənim sevindiyim qədər ailəm də sevinirdi.
- Qarşıda hansı yarışlar var?
- Ən önəmli yarışlardan biri Avropa Olimpiya Oyunlarıdır. Hazırda əsas məqsədimiz Bakıda keçiriləcək yarışda qalib gəlməkdir. Çalışacağam ki, dövlətiminzin, prezidentimizin, xalqımızın, məşqçilərimizin mənə olan inamını yenə doğruldum, bayrağımızı qaldırım.
Aygün İlqarqızı
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO