İdman
Tanınmış idmançımız restoranda adam döydü
Azərbaycanlı karateçi, dördqat dünya və yeddiqat Avropa çempionu Rafael Ağayevlə bağlı xoş olmayan məlumat yayılıb.
Publika.az xəbər veriri ki, Rekord.az-ın yaydığı məlumatda idmançının Sumqayıt şəhərindəki şadlıq saraylarının birində keçirilən toy məclisində dava-dalaş saldığı iddia olunur.
Hadisə şahidlərinin verdiyi məlumata görə, toya dostları ilə gələn dünya və Avropa çempionu özünü heç də yaxşı aparmayıb. Belə ki, o, öncə əyləşdiyi stola qulluq edən ofisiantı ələ salıb. Ağayev əlindəki əşyanı ofisianta verərək, onu digər stolda əyləşən dostuna aparmağı tələb edib. Ofisiant həmin əşyanı göstərilən şəxsə aparıb.
Karateçinin dostu isə eyni əşyanı yenidən Ağayevə qaytarıb. Rafael isə yenidən ofisiantı dostunun yanına göndərib. Beləliklə, dostlar ofisiantı ələ salaraq ötür-ötür oynayıblar. Bu durumdan bezən ofisiant əlindəki əşyanı yaxınlıqdakı stolun üzərinə qoyub ordan uzaqlaşmaq istəyərkən, ayağa qalxan Ağayev onu vurub.
Maraqlıdır ki, bu zaman ətrafdakılardan heç kim olaya müdaxilə etməyib. Bir qədər sonra aranı sakitləşdirmək üçün hadisə yerinə gələn şadlq sarayının inzibatçısının aqibəti daha pis olub. Belə ki, dünya və Avropa çempionu qolunun gücünü ona daha pis göstərib və inzibatçını əməlli-başlı əzişdirib. Deyilənə görə, vəziyyəti yaxşı olmayan inzibatçı xəstəxanalıq olub.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ