İdman
Musa Qurbanlı təsdiqlədi: Maraqlanan var

Azərbaycan Premyer Liqasının bombardirlərindən biri olan Musa Qurbanlının bu mövsüm sərgilədiyi oyun müxtəlif transfer şaiyələrinin yayılmasına səbəb olub.
Qışdan etibarən onun adı bir sıra ölkələrin aparıcı klublarıyla yanaşı hallanıb. Yay transfer pəncərəsi yaxınlaşdığı üçün bu tipli informasiyalar yenidən çoxalıb. Musa Qurbanlı Publika.az-a müsahibəsində onunla maraqlanan klubların olduğunu təsdiqləyib.
"Maraqlanan var, olması da normaldır. Gənc futbolçuyam, bu mövsüm çempionatda qollar vurmuşam. İstər-istəməz maraqlanan var. Bunu ümumi olaraq bilirəm. Hansısa klubla konkret danışıqlar aparmadığımız üçün deyə bilmərəm ki, bu klubdan və ya çempionatdan maraqlanan, transfer etmək istəyən var".
Legioner həyatı yaşamağı hədəfləyən Qurbanlı çıxış etmək istədiyi çempionatların adlarını və səbəbini açıqlayıb. Musa bu məsələdə ona məsləhət verəcək şəxslərin adlarını da açıqlayıb.
"Fikriləşirəm ki, Mərkəzi Avropa ölkələrinin çempionatları inkişaf üçün daha yaxşıdır. Çünki Avropanın içində, top liqalara yaxın olursan. Ona görə bu çempionatlarda oynamaq istəyərdim".
Qeyd edək ki, Musa Qurbanlının Publika.az-a verdiyi geniş müsahibə ilə yaxın vaxtlarda tanış olacaqsınız.
Heybət

-
Magazin204:59
Aralarındakı problemin əsas səbəbi bəlli oldu
-
Magazin129 May 22:31
“Barbie” Aygün Kazımova... - FOTO
-
İdman29 May 20:40
Rövnəq Abdullayevə etiraz etdilər, fitə basdılar - VİDEO
-
Nida Xəbər 29 May 19:12
Müdafiə Nazirliyi məlumat yaydı
-
Nida Xəbər 29 May 19:08
Elxan Qasımov vəfat etdi - FOTO
-
Magazin129 May 18:38
Həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı - VİDEO
-
Region29 May 17:45
Rusiya NATO ilə müharibə edə bilər
-
Magazin229 May 17:20
Oktay Kaynarcadan üzücü xəbər