İdman
Musa Qurbanlının dəyəri bir milyona yüksəldi - SİYAHI

2022/23 mövsümün üçün Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yekun transfer dəyəri açıqlanıb.
Publika.az xəbər verir ki, “Transfermarkt” idman portalının açıqladığı siyahıya “Neftçi”nin kapitanı Emin Mahmudov başçılıq edir. Onun transfer dəyəri 1,4 milyon avrodur. Onun qiymətində dəyişiklik baş verməyib.
İkinci pillədə Premyer Liqanın və “Qarabağ”ın bombardiri Ramil Şeydayev qərarlaşıb. Millimizin üzvünün dəyəri 1,2 milyon avrodur. Dekabrda açıqlanan siyahı ilə müqayisədə onun qiyməti 400 min avro artıb.
Üçüncü sıraya üç futbolçu şərikdir. “Sabah”ın legioneri Aleksey Kaşuk, “Qarabağ”ın üzvləri Yassin Benzia və Musa Qurbanlının dəyəri eynidir – 1 milyon avro.
Müqavilə ilə “Şaxtyor”a (Donetsk) məxsus olan Kaşuk 300, Musa isə 400 minlik irəliləyişə nail olub. Onlardan fərqli olaraq Benzia yarım milyon dəyər itirib.
Heybət

-
Kriminal00:00
Mənzillərini kirayə verən qadını sirrini açdığı üçün öldürdü - CİNAYƏT İŞİ / VİDEO
-
Region30 Sentyabr 23:12
Ərdoğan qardaşı oğlunun toyunda - FOTO
-
Sosial30 Sentyabr 21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial30 Sentyabr 21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin230 Sentyabr 21:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 30 Sentyabr 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial30 Sentyabr 20:30
Qənirə Paşayevanın məzarı - FOTO
-
Avto30 Sentyabr 20:24
"Apple"in iddialı layihəsi DALANA DİRƏNDİ