İdman
Transfer rəsmiləşməyib, amma artıq qazanırlar - MESSİNİN GÜCÜ

Lionel Messinin "İnter Mayami"yə keçməsi klubun sosial şəbəkə hesablarına da öz təsirini göstərib.
Publika.az xəbər verir ki, açıqlamadan sonra bir milyondan çox insan "İnter Mayami"nin sosial şəbəkəsinə abunə olub. Argentinalı hücumçunun transferi elan edilənə qədər əfsanəvi futbolçu Devid Bekhemin sahibi olduğu klubun "Instagram" hesabında bir milyona yaxın abunəçi var idi. Transfer elan edildikdən sonra bir neçə saat ərzində təxminən 1,3 milyon insan profili izləməyə başlayıb. Hazırda isə ümumi abunəçi sayı 4,6 milyonu ötüb.
Daha əvvəl bildirilmişdi ki, Messinin PSJ-dən ayrılması elan edildikdən sonra 1,7 milyondan çox insan parislilərin "Instagram" səhifəsini izləmədən çıxarıb.
Heybət

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO