Polisi təhqir etdi: “Sənin saçını dibindən qırxdıracağam” – VİDEO
Bizi izləyin

İdman

Polisi təhqir etdi: “Sənin saçını dibindən qırxdıracağam” – VİDEO

“Barselona" klubunun müdafiəçisi Herard Pike ötən gecə katalon polisləriylə qalmaqal yaşayıb.

O, qardaşının avtomobilini avtobus dayanacağında parkinq etdiyi üçün cərimələnib. Publika.az xəbər verir ki, bu zaman futbolçu polislərə qarşı təhqiramiz ifadələr işlədib.

İddialara görə, ulduz futbolçu polisləri belə təhqir edib:

"Məni qısqanırsan, çünki məşhuram. Sənin patronunla danışacağam və saçlarını dibindən qırxacaqlar. Hamınız alçaq və rəzilsiniz. Gördüyünüz iş məni xəstə edir. Bu ərazi utancvericidir".

Həmin gün futbolçu Qardiya, Urbanada yerləşən gecə klublarından birinə gedirmiş.

Pikenin məhkəməyə veriləcəyi bildirilir.

Daha sonra futbolçu dediyi sözlərə və etdiyi hərəkətə görə "twitter" vasitəsi ilə üzr istəyib:

"Onlar sözlərimi kifayət qədər şişirdiblər, amma nə olursa-olsun, təəssüf edirəm. Səhv etdim və bu, bir daha təkrar olunmayacaq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm