İdman
Futbolçunun xanımı üsyan etdi: Saxtadır

"Liverpul"un futbolçusu Dioqo Jotanın həyat yoldaşı sosial şəbəkə səhifəsində üsyan edib.
Publika.az xəbər verir ki, Rute Kardozo İngiltərə Premyer Liqasının son turu çərçivəsində "qırmızılar"ın "Tottenhem"lə qarşılaşmada yaşadıqlarına etiraz edib. O, sözügedən matçla bağlı paylaşım edərək "saxta oyun" sözlərini yazıb.
O, bununla kifayətlənməyib. Görüşdə sarı vərəqə ilə cəzalandırılan Jotanın epizoduna biganə qalmayıb. "Liverpul"un azarkeş səhifəsinin paylaşımına "burda "sarı" var idi ki?" şərhini yazıb.
Qeyd edək ki, həmin matçda "Liverpul"un 2 futbolçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan başqa Luis Diazın vurduğu qol ofsayd səbəbilə qeydə alınmayıb. Oyundan sonra Hakimlər Komitəsi qolun qeydə alınmamasına görə üzr istəyib və bunu "əhəmiyyətli insan səhvi" adlandırıb.
Oyun isə Joel Matipin 90+6-cı dəqiqədəki şanssız avtoqolu sayəsində "Tottenhem"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Heybət

-
Avto06:46
İlon Mask "Cybertruck"u təqdim etdi - VİDEO
-
MDB06:16
Rusiya DƏHŞƏT: baba illərlə nəvəsini...
-
Yaxın Şərq05:15
Deputatın ailəsinə hücum: 10 nəfər öldü
-
Magazin203:43
Məşhur aktrisa şalvarsız poza verdi
-
MDB03:13
Rusiyada böyük bazar yanır - VİDEO
-
İdman02:50
"Bu, planlarımızı pozdu" - Qurban Qurbanov
-
İdman02:05
"Qarabağ" pley-offa vəsiqə qazandı - VİDEO/YENİLƏNDİ
-
Avropa01:41
ABŞ-dan Krımın taleyi ilə bağlı KRİTİK PROQNOZ