İdman
“Zirə” darmadağınla yarımfinalda
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub.
Publika.az xəbər verir ki, qəsəbə təmsilçisi 1/4 finalda “Səbail”i üstələyib.
İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. Rəqibini bu dəfə 3:0 hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas İbrahim (4-cü dəqiqə), Rəhim Sadıxov (42) və Rafael Utziq (74) vurublar.
“Zirə”nin yarımfinaldakı rəqibi “Qəbələ” – “Araz-Naxçıvan” cütünün qalibi olacaq. Komandalar sabah cavab görüşünə çıxacaqlar. “Dalğa Arena”da gerçəkləşən ilk matçda 1:1 hesabı qeydə alınıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin 2-də və 23-də keçiriləcək.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO