Bir gündə 3 oyun
Bizi izləyin

İdman

Bir gündə 3 oyun

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, son oyun günündə 3 matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

"Sumqayıt" isə "Zirə"nin qonağı olacaq. Qarşılaşmaya saat 17:15-də start veriləcək.

Günün son oyununda "Nefçi" səfərdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matçın başlama saatı 19:30-dur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3.

Azərbaycan Premyer Liqası, 22-ci tur

13 fevral (çərşənbə axşamı)

15:00 Turan Tovuz – Qəbələ
Hakimlər
: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev
Tovuz şəhər stadionu,

17:15 Zirə – Sumqayıt
Hakimlər
: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov
Zirə İK stadionu

19:30 Araz-Naxçıvan – Neftçi
Hakimlər:
Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm