İdman
Çempionlar Liqası "qış yuxusu"ndan ayılır - AFİŞA
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. Bununla qitənin bir nömrəli klub turniri "qış yuxusu"ndan ayılacaq
Publika.az xəbər verir ki, 1/8 finalın ilk oyun günü 2 görüş baş tutacaq.
Gecənin mərkəzi matçı Almaniyada baş tutacaq. "Leypsiq" doğma meydanda turnirin favoriti "Real"ı qəbul edəcək. "Kral klubu" bu matça ciddi itkilərlə çıxacaq. David Alaba, Antonio Rudiger, Eder Milita və Cud Bellinqem zədəli olduqları üçün baş məşqçi Karlo Ançelotti onların xidmətindən yararlana bilməyəcək.
Digər matçda isə ÇL-in son qalibi "Mançester Siti" "Kopenhagen"in qonağı olacaq. "Şəhərlilər" bu görüşə itkilərsiz çıxacaq. Əks düşərgədə isə bu sarıdan vəziyyət ürək açan deyil. Təcrübəli Nikolay Boylesenlə yanaşı, cəzalı Lukas Lerager görüşü buraxacaq. Onlardan başqa daha 3 futbolçunun görüşdə iştirakı sual altındadır.
Heybət
UEFA Çempionlar Liqası, 1/8 final: İlk oyunlar
13 fevral
00:00 Leypsiq - Real
00:00 Kopenhagen - Mançester Siti
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO