Qaçaqmalçı futbolçuya hökm oxundu: Amma özü ortada yoxdur
Bizi izləyin

İdman

Qaçaqmalçı futbolçuya hökm oxundu: Amma özü ortada yoxdur

Amsterdam məhkəməsi "Spartak"ın hücumçusu Kvinsi Promesi narkotik qaçaqmalçılığı ittihamı ilə təqsirli bilib.

Publika.az xəbər verir ki, bu səbəbdən niderlandlı futbolçu 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.

Promes 1370 kq ağırlığında külli miqdarda kokainin qaçaqmalçılığında iştirak etdiyinə görə bu cəzaya məruz qalıb. Niderland prokurorluğu ona 9 ilə qədər həbs cəzası istəyirdi.

Məhkəmənin fikrincə, Promes 2020-ci ilin yanvarında Antverpen limanına gələn iki kokain partiyasının qaçaqmalçılığında “həlledici rol” oynayıb. Kvinsi özü məhkəmə iclasında iştirak etməyib. Hazırda Rusiya təmsilçisinin Dubaydakı düşərgəsində olan futbolçunu Niderland prokurorluğu ölkəyə ekstradisiya edə bilməyib.

"Spartak"ın hücumçusu bundan əvvəl əmisi oğlunu bıçaqladığına görə 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beləliklə, Promesin ümumi həbs cəzası 7,5 ilə çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm