Dopinqə görə cəzalandırılan Kamilə MAHNI YAZDI
Bizi izləyin

İdman

Dopinqə görə cəzalandırılan Kamilə MAHNI YAZDI

Rusiyalı fiqurlu konkisürən Kamilə Əliyeva Mia Boyka ilə birgə mahnı yazıb.

Publika.az xəbər verir ki, müğənni bu barədə "YERİ YERİNƏ" verilişində məlumat verib.

Trekin yayımı 2024-cü il aprelin 26-na, Kamilə Vəliyevanın yetkinləşdiyi günə planlaşdırılıb. Mahnının “müasir uşaq qafiyəsi” üslubunda olacağı bildirilir.

Yanvarın 29-da İdman Arbitraj Məhkəməsi (CAS) Kamilə Vəliyevanı dopinqdə təqsirli bilib və idmançını 4 il müddətinə diskvalifikasiya edib. O, 2025-ci ilin dekabrına qədər turnirlərdə iştirak edə bilməz.

Fevralın 7-də CAS əsaslandırma hissəsini dərc edib. Rusiya tərəfi iddia edib ki, qadağan olunmuş maddə Vəliyevanın bədəninə babasının hazırladığı deserti yeməsi nəticəsində daxil olub. Fiqurlu konkisürən Rusiya çempionatında, Avropa çempionatında və Pekində keçirilən Olimpiya Oyunlarında qızıl medallardan məhrum edilib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm