Nistelroyu "taxt"dan saldı
Bizi izləyin

İdman

Nistelroyu "taxt"dan saldı

PSV-nin hücumçusu Luuk de Yonq Çempionlar Liqasının 1/8 final mərhələsinin Dortmund "Borussiya"sı ilə matçında (1:1) komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.

Publika.az xəbər verir ki, niderlandlı forvard “qırmızı-ağlar”ın Çempionlar Liqasında bombardiri olub. Bu göstəriciyə çatmaq üçün De Yonqa 23 oyun lazım olub.

Bundan əvvəl rekord əfsanəvi hücumçu Ruud van Nistelroya məxsus idi. O, Eyndhoven klubunun heyətində 11 matçda 8 qol vurmağı bacarıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 13-də keçiriləcək. Qarşılaşma Dortmunddakı “Siqnal İduna Park”da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm