Ronaldo “Messi, Messi!” qışqıran azarkeşlərə belə cavab verdi - VİDEO
Bizi izləyin

İdman

Ronaldo “Messi, Messi!” qışqıran azarkeşlərə belə cavab verdi - VİDEO

“Əl Nəsr”in kapitanı Kriştiano Ronaldo növbəti dəfə xoşagəlməz vəziyyətlə diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, bu dəfə “Əl-Şabab” azarkeşləri ilə qalmaqal yaşayıb.

Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun matçında “Əl-Nəsr” “Əl-Şəbab”ı məğlub edib: Ər-Riyadda keçirilən oyunda Ronaldonun komandası 3:2 hesabı ilə qalib gəlib. Qollardan birini Ronaldo vurub.

Qarşılaşma başa çatdıqdan sonra rəqib komandanın azarkeşləri “Messi, Messi!” şüarları səsləndiriblər. Buna cavab olaraq portuqaliyalı superulduz əvvəlcə əlini qulağına aparıb, sonra isə qasıq nahiyəsini göstərərək təxribat xarakterli jest edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm