"Barselona" Messiyə hələ də məvacib verir - ŞOK SƏBƏB
Bizi izləyin

İdman

"Barselona" Messiyə hələ də məvacib verir - ŞOK SƏBƏB

"Barselona" sabiq oyunçuları, indi isə ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Lionel Messi, Xordi Alba və Serxio Busquetsə maaş ödəməyə davam edir.

Publika.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçular kataloniyalıların maaş büdcəsinin bir hissəsidirlər. Klubdan ayrılmalarına baxmayaraq, "Barsa"nın hələ də Messi, Alba və Buskets qarşısında müqavilə öhdəlikləri var.

Buna səbəb koronavirus pandemiyası zamanı imzalanan və klubun bugünkü vəziyyətinə birbaşa təsir edən dəyişikliklərdir. Kataloniya təmsilçisi futbolçuların COVID-19 dövründən təxirə saldığı məvaciblərini hələ bir müddət də ödəməyə davam edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm