"Liverpul" bu brendlə anlaşdı
Bizi izləyin

İdman

"Liverpul" bu brendlə anlaşdı

"Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni texniki təchizatçısı olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Sport Business" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya şirkəti klubun elan etdiyi tenderin qalibi olub. Nüfuzlu idman brendi 2029-2030-cu il mövsümünə qədər mersisaydlılarla əməkdaşlıq edəcək. Bu anlaşmanın detalları açıqlanmasa da, İngiltərə nəhəngi ən pis halda illik 60 milyon funt sterlinq civarında vəsait qazanacaq.

“Liverpul”la da əməkdaşlıqda “Nike” və “Puma” da maraqlı olsa da, onlar əsas rəqiblərinə uduzublar.

"Nike" 2020/2021 mövsümündən bəri "Liverpul"un forma təchizatçısı olub. 4 illik əməkdaşlıq bu mövsüm başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm