İdman
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
Bundesliqada “Ayntraxt Frankfurt”u 5:1 hesabı ilə məğlub edən “Bayer Leverkuzen” ardıcıl 48-ci oyundur ki, məğlubiyyətsiz qalıb.
Publika.az xəbər verir ki, “Bayer Leverkuzen” "Benfika Lissabon"un 22 dekabr 1963-cü ildən 1965-ci il fevralın 7-nə qədər ardıcıl 48 məğlubiyyətsiz matçdan ibarət rekord seriyasını təkrarlayıb.
“Bayer Leverkuzen” artıq ilk 5 çempionatda (46 matç) rekord məğlubiyyətsizlik seriyasını qırıb.
Bu mövsüm “Bayer Leverkuzen” ispan məşqçi Xabi Alonsonun rəhbərliyi altında "Bavariya"nın 11 illik hegemonluğunu qıraraq tarixində ilk dəfə Almaniya çempionu olub. Həmçinin “Bayer Leverkuzen” komandasının Almaniya kubokunu qazanmaq şansı var: “Kayzerslautern”lə titul matçı mayın 25-də baş tutacaq.
“Bayer Leverkuzen” Avropa Liqasında qələbə uğrunda mübarizəni də davam etdirir. Klub sonuncu dəfə 36 il əvvəl, 1987/88 mövsümündə UEFA Kubokunu qazananda Avropa çempionatının qalibi olub.
1/2 final mərhələsinin ilk oyununda “Bayer Leverkuzen” klubu səfərdə “Roma”ya 2:0 hesabı ilə qalib gəlib. Cavab oyunu mayın 9-da Almaniyada keçiriləcək. Komandalar meydançaya Bakı vaxtı ilə saat 23.00-da çıxacaq. Turnirin finalı İrlandiyanın Dublin şəhərində baş tutacaq .
Hüseyn İbadlı
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz
-
MDB25 May 23:48
Məşhur milyarderdə yenidən XƏRÇƏNG AŞKARLANDI - Altı ay ömrü qalıb - FOTO
-
Hadisə25 May 23:36
Keçmiş universitet müəllimi çılpaq formada ölü tapıldı - VİDEO/TƏFƏRRÜAT
-
Magazin125 May 22:36
Aslan Hüseynovu ölümə öz doğması aparıb - Faciəvi qəzanın TƏFƏRRÜATI