Olimpiya Oyunlarında terror törətmək istəyən yeniyetmə həbs olundu
Bizi izləyin

İdman

Olimpiya Oyunlarında terror törətmək istəyən yeniyetmə həbs olundu

Fransa polisi Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün terror aktı hazırlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetməni saxlayıb.

Publika.az xəbər verir ki, barədə "Le Parisien" qəzeti məlumat yayıb.

16 yaşlı yeniyetmə radikal islamçılığa görə kəşfiyyat xidmətlərinin diqqətini çəkib. O, "Telegram"da partlayıcı kəmər hazırlamaq üçün lazım olan materialları haradan alacağını axtarıb. Mesajlarda o, terror qruplaşmalarından birinin adına ölmək istədiyini qeyd edib.

Yeniyetmə aprelin 23-də Yuxarı Savoyada valideynlərinin evində həbs edilib. Mənzildə axtarış aparılıb.

Azyaşlı polis bölməsində Olimpiya Oyunları zamanı partlayıcı ilə birlikdə hücum etmək istədiyini etiraf edib. Onun hədəfə aldığı yer isə La Défense rayonu olub.

Axtarış zamanı müstəntiqlər terrorçu qruplardan birinə sədaqət andı da daxil olmaqla, əlyazma sənədləri aşkar ediblər. Şübhəlinin mobil telefonu götürülərək ekspertizaya göndərilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm