“Barsa” onu La Liqa klubuna icarəyə vermək istəyir ki…
Bizi izləyin

İdman

“Barsa” onu La Liqa klubuna icarəyə vermək istəyir ki…

“Barselona” hücumçusu Vitor Rokeni La Liqa klubuna icarəyə vermək istəyir.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi hesab edir ki, ispan klubunda oynamaq 19 yaşlı braziliyalıya çempionatda futbol üslubuna alışmağa və dili daha yaxşı mənimsəməyə imkan verəcək.

Daha əvvəl mediada məlumat yayılmışdı ki, Rokenin özü də növbəti mövsüm komandada olmaq istəyir və mümkün icarə variantını nəzərdən keçirmir.

19 yaşlı futbolçu 2024-cü ilin yanvarında “Atletiko Paranaense”dən “Barselona”ya keçib. Transfer məbləği 40 milyon avro olub. Transfermarkt Rokeni 40 milyon avro dəyərində qiymətləndirir.

Bu mövsüm Roke 13 oyun keçirib və iki qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm