Musa Qurbanlı İsveç klubundan ayrılır? - Vəziyyət məni təəccübləndirir
Bizi izləyin

İdman

Musa Qurbanlı İsveç klubundan ayrılır? - Vəziyyət məni təəccübləndirir

"İndi transfer pəncərəsi bağlıdır, ona görə də heç nə edə bilmirik. Bu yay nə olacağını görəcəyik. Hansı variantın yaxşı olacağına baxacağıq".

Publika.az xəbər verir ki, bu sözləri "Fotbollskanalen"ə açıqlamasında "Yurqorden" klubunun futbolçusu Musa Qurbanlı deyib. Yeni mövsümün startından sonra çox şans qazanmayan futbolçu yay transfer pəncərəsində komandasını dəyişə bilər. Azərbaycan millisinin üzvü İsveç klubundakı vəziyyətindən narazıdır:

"Düzünü desəm, mövsümün belə başlayacağını gözləmirdim. Sürpriz oldu. Vəziyyət hələ də məni təəccübləndirir. Əlbəttə, başa düşürəm ki, ötən mövsüm işlər çox da yaxşı getmədi. Amma məsuliyyəti başa düşəndə, səhvlərdən dərs almağa başlayanda və çox çalışanda işlər yaxşılaşa bilər. Mən məşqçilərdən niyə oynamadığımı soruşmamışam. Çünki onların verdiyi qərarlara hörmətlə yanaşıram. Sadəcə əsas heyətdə yer tutmaq üçün mübarizə aparıram və çox çalışıram".

22 yaşlı forvard psixoloji baxımdan yaxşı vəziyyətdə olduğunu da söyləyib:

"Motivasiyaya ehtiyacım yoxdur. Bilirəm ki, bu mənim işimdir və nə etməli olduğumu bilirəm. Oynamayanda da çox çalışıram. Əgər oynamırsansa, daha çox məşq etməlisən. Bu mənim işimdir. Gəncəm və qarşıda hələ uzun karyeram var. Mən daha çox çalışacağam".

Qurbanlı komanda və klub daxilində heç bir problem yaşamadığını bildirib:

"Bura gəldiyim ilk gündən hər zaman məsuliyyətli olmuşam, çox çalışmışam. Burada heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla və komandanın ətrafındakı bir çox insanlarla fantastik münasibətim olub. Gözəl tarixi və mədəniyyəti olan böyük klubdur. Tərəfdarlar heyrətamizdir. İlk dəfədir ki, xaricdə klubda oynayıram, kluba və komanda yoldaşlarıma böyük hörmətim var".

Qeyd edək ki, Musa Qurbanlı yeni mövsüm İsveç çempionatında cəmi 1 oyunda şans qazanıb və 20 dəqiqə meydanda olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm