Müntəzəm çempionata Xaçmazda yekun vurulacaq
Bizi izləyin

İdman

Müntəzəm çempionata Xaçmazda yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm çempionata yekun vurulacaq.

Publika.az xəbər verir ki, son oyun Xaçmazda baş tutacaq.

NTD-İNDİQO öz meydanında autsayder Şəkini qəbul edəcək. Xaçmaz basketbolçuları görüşün favoriti hesab olunurlar. Görüş pley-offa 2-ci pillədən yollanacaq Tahir Baxşıyevin komandası üçün formal xarakter daşıyacaq.

Qeyd edək ki, turun ilk 3 görüşündə "Sabah" "Xəzri"yə 77:65, "Xırdalan" "Cəlilabad"a 90:84, "Neftçi" "Sərhədçi"yə 73:69, "Gəncə" "Sumqayıt"a 86:82 hesabı ilə qalib gəlib.

27 aprel
XVIII tur
14:00. NTD-İNDİQO – "Şəki"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm