ÇL: Yarımfinal həyəcanı başlayır
Bizi izləyin

İdman

ÇL: Yarımfinal həyəcanı başlayır

Bu gün UEFA Çempionlar Liqasında yarımfimal mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq. Qitənin bir nömrəli klub turnirini ən çox qazanan komanda "Real" hər zaman yarışın favoritlərindən olan "Bayern"in qonağı olacaq.

"Allianz Arena"da keçiriləcək görüşə komandalar bir sıra itkilərlə çıxacaq. Münhen klubunda Kinsli Koman zədə səbəbindən olmayacaq. Madrid təmsilçisinin düşərgəsində isə Dani Karvaxal cəzalı, David Alaba isə zədəlidir.

Qeyd edək ki, mərhələnin digər görüşündə Dortmund "Borussiya"sı PSJ-ni qəbul edəcək.

UEFA Çempionlar Liqası, 1/2 final

30 aprel

23:00 Bayern - Real

1 may

23:00 Borussiya D - PSJ

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm