Ançelotti almanlara görün nəyi xatırlatdı
Bizi izləyin

İdman

Ançelotti almanlara görün nəyi xatırlatdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Bayern"lə ÇL-in yarım final matçı öncəsi açıqlama verib.

Publika.az xəbər veirr ki, italyan mütəxəssis 2014-cü ildə eyni mərhələdə Münhendə baş tutan 4:0 hesablı oyunu xatırlayıb:

“İllər əvvəl "Bayern"i burada 4:0 hesabı ilə məğlub etmişdik. Aydındır ki, bu, yaxşı bir xatirədir. Ancaq bu dəfə tamamilə fərqli bir hekayə olacaq. İlk matça inamla hazırlaşırıq, amma başa düşürük ki, çox güclü oyunçuları olan yüksək keyfiyyətli, bacarıqlı rəqiblə qarşılaşırıq.

Biz burada olmaqdan şadıq. Hətta bu otaqda olan az adam mənim bu mətbuat konfransına gələcəyimi düşünürdü, amma buradayam. Buna görə də yarımfinal oynayacağımıza inam bizi yenidən Çempionlar Liqasının finalına çıxara bilər. Ancaq unutmayın ki, bu duel 180 dəqiqə davam edir”.

Qeyd edək ki, “Bayern” - “Real” oyunu bu gün Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm