"Liverpul" yeni baş məşqçisini nə vaxt təqdim edəcək?
Bizi izləyin

İdman

"Liverpul" yeni baş məşqçisini nə vaxt təqdim edəcək?

Hazırda "Feyenoord"a rəhbərlik edən Arne Slot "Liverpul"un yeni baş məşqçisi olacaq.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, klublar bu təyinat üçün lazım olan bütün sənədləri imzalayıb. İngiltərə təmsilçisi bu həftə yeni baş məşqçisini rəsmən təqdim etməyi planlaşdırır.

"Liverpul" Arnenin müqaviləsinə xitam vermək üçün Niderland klubuna 13-15 milyon avro məbləğində təzminat ödəyəcək. Bununla Slot tarixin ən bahalı niderlandlı məşqçisi olacaq.

45 yaşlı mütəxəssis 2021-ci ilin yayından "Feyenoord"u çalışdırır. Bu müddətdə onun rəhbərliyi altında Rotterdam təmsilçisi bütün turnirlərdə 145 matçda iştirak edib. Bunlardan 94-də qalib gəlib, 27 dəfə heç-heçə edib və 24 dəfə məğlub olub. Slotun "Feyenoord" müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, "Liverpul"un hazırkı baş məşqçi Yurgen Klopp isə mövsümün sonunda vəzifəsini tərk edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm