Haaland oyun personajı oldu - FOTO/VİDEO
Bizi izləyin

İdman

Haaland oyun personajı oldu - FOTO/VİDEO

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Clash of Clans” mobil oyununda personaj olub.

Publika.az xəbər verir ki, layihənin tarixində ilk dəfə real insanla əməkdaşlıq müqaviləsi imzalanıb.

Tərtibatçılar bildirirlər ki, norveçli forvard uzun müddətdir ki, "Clash of Clans" oynayır və buna görə də tez bir zamanda birgə layihəyə razılıq verib. Oyun futbol mövzulu tədbirdə Haalandı Barbar Kralı kimi təqdim edəcək.

Azarkeşlər mayın 1-dən Erlinqin personajını oynaya biləcəklər. Həmin gün gələcək yeniləmə ilə bir sıra futbol mövzulu rejimlər və tapşırıqlar da əlavə ediləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm