"Mançester Siti"ni bu kluba dəyişəcək?
Bizi izləyin

İdman

"Mançester Siti"ni bu kluba dəyişəcək?

"Mançester Siti"nin vingeri Cek Qriliş yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Publika.az xəbər verir ki, "Çelsi" heyətini gücləndirmək üçün variantları araşdırır və gözünü ingilis futbolçuya dikib. Bu barədə jurnalist Saymon Fillips məlumat yayıb.

"Şəhərlilər" də futbolçunun yüksək qiymətə satılmasında maraqlıdırlar.

Xatırladaq ki, Cek Qriliş 2021-ci ildən “Mançester Siti”də çıxış edir. Bu mövsüm futbolçu bütün turnirlərdə 35 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm