“Bavariya”nın yeni baş məşqçisi bəlli oldu
Bizi izləyin

İdman

“Bavariya”nın yeni baş məşqçisi bəlli oldu

“Bavariya” klubunu yeni mövsümdən etibarən almaniyalı mütəxəssis çalışdıracaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Ralf Raqnik Almaniya klubu ilə şəxsi razılığa gəlib və müqavilənin şərtlərini son dəfə nəzərdən keçirmək istədiyini bildirib.

Almaniya mediası təcrübəli mütəxəssisin müqaviləni bu həftənin sonunadək imzalayacağı barədə xəbərlər yayıb.

Qeyd edək ki, Ralf Raqnik son olaraq Avstriya millisini çalışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm