Haalandı "korlanmış uşaq" adlandırdı
Bizi izləyin

İdman

Haalandı "korlanmış uşaq" adlandırdı

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin İngiltərə çempionatının 36-cı turunun "Vulverhempton"la oyununda (5:1) əvəzlənməsindən narazı qalan "Mançester Siti"nin hücumçusu Erlinq Holandı tənqid edib.

Publika.az xəbər verir ki, irlandiyalı əfsanəvi futbolçu bu sözləri deyib:

“Dünən Haalandın götürüldüyünü gördük. O, çox da xoşbəxt deyildi və ərköyün uşaq kimi davranırdı. Düşünürəm ki, məşqçi ilə ulduz futbolçu arasında dava-dalaş yarananda və nəticələr arzuladığın kimi getməyəndə bunun komandaya heç bir faydası olmur. Ancaq oyunlarda qalib gəldiklərinə və Haaland qol vurduğuna görə, bu hadisə demək olar ki, unudulub və ciddiyə alınmır”.

Qeyd edək ki, sözügedən görüşdə Haaland poker edib. Baş məşqçi Pep Qvardiola onu 82-ci dəqiqədə əvəzləyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm