Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
Bizi izləyin

İdman

Qazaxıstanlı milyarder İngiltərədə klub aldı

Qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin üçüncü güclü divizionunda çıxış edən "Uaykomb Uanderers" futbol klubunun yeni sahibi olub.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mənbənin sözlərinə görə, Lomtadzenin “Blue Ocean Partners Ltd” şirkəti klubun səhmlərinin 90%-ni amerikalı biznesmen Rob Kuhiqdən alıb. Əməliyyatın məbləği açıqlanmır.

"Forbes" siyahısında 48 yaşlı Lomtadze 5,7 milyard dollar sərvəti ilə 581-ci yerdədir.

Qeyd edək ki, "Uaykomb Uanderers" İngiltərənin köklü klublarından biridir. 1887-ci ildə təsis edilib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm